"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
2026-cı ilin yanvar–avqust aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 28,429 milyard manat təşkil edib.
BFB-nin məlumatları əsasında hesablamasına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 milyard manat və ya 34,8% azdır.
Eyni zamanda, hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 45 252 olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25 423 vahid və ya 2,3 dəfə çoxdur.
BFB-də bağlanmış əqdlərin ümumi dövriyyəsinin 24,352 milyard manatı repo əməliyyatlarının payına düşüb.
Repo əməliyyatlarının həcmi illik müqayisədə 13 milyard manat və ya 34,8% azalıb.


