Mis məftil istehsalında ciddi artım qeydə alınıb

Mis məftil istehsalında ciddi artım qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında ölkənin metallurgiya sənayesi üzrə 306,2 ton mis məftil istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 8,6 dəfə çoxdur.