Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınma 12% artdı

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınma 12% artdı

Bu ilin yanvar-avqust aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1,034 milyon ton Qazaxıstan nefti tranzit edilib.

BusinessTime Qazaxıstanın "KazTransOyl" şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 12 % çoxdur.

"KazTransOyl" 2026-cı ilin 8 ayı ərzində ümumilikdə magistral neft kəmərləri sistemi üzrə neftin nəqli həcmini 4 % artıraraq 30,6 milyon tona çatdırıb.

Ötən il Qazaxıstan BTC neft kəməri vasitəsilə 1,2 milyon ton neft ixrac edib.

report