Azercell Biznes növbəti yeni xidmətini təqdim edir!

Azercell Biznes növbəti yeni xidmətini təqdim edir!

Artıq “Azercell Biznes”in korporativ müştəriləri yenicə yaradılan “Suvarmaya Nəzarət Sistemi” adlı servisdən yararlana bilərlər. Ölkənin lider mobil operatoru olaraq daha bir ilkə imza atdıq!

Təqdim edilən bu xidmətin əsas məqsədi kənd təsərrüfatına dəstək olmaq və müasir rəqəmsal həllər ilə iş prosesini daha da asanlaşdırmaqdır.

Modern texnologiyaya əsaslanan bu innovativ servis vasitəsilə suvarmanı avtomatik rejimdə uzaqdan idarə etmək artıq mümkündür. IoT sistemli suvarma həlli irriqasiya prosesini asanlaşdırır, sahibkarları əlavə xərclərdən azad edir. Xidmət, həmçinin vaxta qənaət etməklə su resurslarından daha səmərəli istifadəni təmin etmiş olur.

Ətraflı məlumat üçün linkə daxil olun: https://bit.ly/suvarmaya-nezaret-sistemi