“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR
İyulun 7-i tarixində hərracda “AzerGold” QSC-yə məxsus 5 ədəd avtomobil satışa çıxarılacaq.
Valyuta.az xəbər verir ki, avtomobillər “Toyota Hilux” markalıdır.
2011-2012-ci il istehsalı olan nəqliyyat vasitələrinin start qiyməti 7 125-7 875 manat arasında dəyişir. Hərracda iştirak etmək istəyən şəxslər start qiymətinin 10%-i həcmində beh ödəməlidirlər.
Avtomobillərdən dördü 2012-ci, biri isə 2011-ci il istehsalıdır.
Qeyd edək ki, nəqliyyta vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.


