“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır

“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır

“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır. Belə ki, kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir.

BusinessTİme.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC məlumat yayıb.

“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.