"Azərpoçt" bayram günlərinin statistikasını açıqlayıb

"Azərpoçt" bayram günlərinin statistikasını açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində vətəndaşlara xidmət göstərib.

MMC-dən verilən məlumata görə, respublika üzrə, 19-27 mart tarixlərində əvvəlcədən müəyyən edilmiş poçt şöbələri fəaliyyət göstərib.

Bu günlər ərzində daxil olan poçtların 34 607 ədədini məktub, 351 ədədini beynəlxalq bağlama, 7 388 ədədini kiçik paket, 1 756 ədədini isə daxili bağlama təşkil edib.

Eyni dövrdə “Azərpoçt” MMC-dən çıxan poçtların 31 712 ədədi məktub, 65 ədədi beynəlxalq bağlama, 7 388 ədədi kiçik paket, 1 661 ədədi isə daxili bağlamadan ibarət olub.

Bundan başqa, “Azərpoçt” MMC-yə bayram günlərində 169 Çağrı mərkəzi və digər əlaqə kanalları vasitəsilə ümumilikdə 2 291 müraciət daxil olub.

Müraciətlər daha çox bayram günlərində poçt şöbələrinin iş rejimi, poçt göndərişlərinin çatdırılma müddəti, beynəlxalq pulköçürmələri, xidmətlər üzrə tariflər, poçt indeksləri, valyuta mübadiləsi barədə olub.

Daxil olan bütün müraciətlər cavablandırılıb. Araşdırılmasına ehtiyac yaranan müraciətlər aidiyyəti üzrə yönləndirilib.

Qeyd edək ki, “Azərpoçt” MMC vətəndaşların məmnuniyyətini təmin etmək üçün bayram günlərində ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətlərini də (təcili pulköçürmələri, kommunal ödəniş qəbulu və s.) həyata keçirib.

BusinessTime