“Azərpoçt” vətəndaşlara müraciət edib

“Azərpoçt” vətəndaşlara müraciət edib

“Azərpoçt” müştərilərini bir daha diqqətli olmağa çağırır.

MMC-dən  bildirilib ki, “Azərpoçt” MMC adından sifariş edilən bağlamaların anbara daxil olduğu, lakin natamam ünvan səbəbilə alıcıya çatdırılmasının mümkün olmadığı barədə SMS-lər göndərilir.

“Azərpoçt” vətəndaşlara bu tip mesajlara inanmamağı və ehtiyatlı olmağı tövsiyə edir.