“Azpetrol” mükafata layiq görüldü
“Caspian Energy Club” dekabrın 21-də “Caspian Business Award 2022” – VII Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib.
“Caspian Business Award 2022” – Beynəlxalq Mükafatının nominantları “Caspian Energy Club”-a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasının qalibi - “Azpetrol” şirkəti seçilib.
Təqdimetmə mərasimində dövlət qurumlarının, “Caspian Energy Club”- a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azpetrol – Daim inkişafa doğru.
Əlaqə: 957