Azərbaycanda mobil operator ötən ilin sonunda yaradılan şirkəti alaraq genişlənib

Azərbaycanda mobil operator ötən ilin sonunda yaradılan şirkəti alaraq genişlənib

"Naxtel" MMC "Araztech" MMC-ninona qoşulması nəticəsində yenidən təşkil olunur.

BusinessTime bu barədə şirkətə istinadən xəbər verir.

Məlumatda deyilir ki, "Araztech" MMC-nin bütün hüquq və öhdəlikləri təhvil aktına əsasən "Naxtel" MMC-yə keçir.

Xatırladaq ki, "Araztech" MMC ötən ilin dekabrın 30-da Naxçıvanda qeydiyyata alınıb. Nizamnamə kapialı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəşad Namazovdur.

"Naxtel" MMC isə 2015-ci ilin fevralın 3-də vergi orqanlarında qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 000 manat olan şirkətin qanuni təmsilçisi Kamil Yusifovdur.