Azərbaycanda postpandemiya dövründə turizm sektorunun əsas inkişaf istiqamətləri açıqlanıb

Azərbaycanda postpandemiya dövründə turizm sektorunun əsas inkişaf istiqamətləri açıqlanıb

“Postpandemiya dövründə daxili turizm bütün dünyada olduğu kimi, Azərbaycanda da prioritet istiqamət olacaq, bölgələrimizin turizm baxımın­dan inkişafı üçün daha çox əhəmiyyət kəsb edəcək".

BusinessTime xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.

O, qeyd edib ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycanın turizm potensialından ən səmərəli yollarla isti­fadə edilməsidir: “Cari ilin əvvəlindən Nazirlər Kabinetinin şəhərlərarası və rayonlararası hərəkətin bərpa olun­ması ilə bağlı qərarından sonra daxili turizm xidmətlərindən istifadə bir qədər çoxalıb.

Pandemiya ölkəmizə ayaq açan vaxtlarda tərəfimizdən daxili turiz­mi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etmək üçün bu sahədə inkişafa və vətəndaşların fəallaşmasına hədəf­lənən “Macəra yaxındadır” kampani­yasına start verildi.

Son dövrlər dünyada aqroturizm və kənd turizmi daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Bu turizm növləri tu­ristlərin regionlara cəlb edilməsi ilə məş­ğulluğun artması, vətəndaşların rifah halının yaxşılaşdırılması, kənd əhalisi­nin gəlirlərində davamlılığa nail olmaq, kəndlərdən miqrasiyanın azaldılması, mədəni irsin və yerli qastronomiyanın təbliği üçün mühüm amillərdəndir. Öl­kəmizdə, xüsusən bölgələrimizdə bu sa­hənin inkişafı turizmin mövsümiliyinin aradan qaldırılmasına və dayanıqlılığa nail olunmasına şərait yaradacaq”.

F. Nağıyevin sözlərinə görə, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına görə daxili turizmdən istifadə azaldı və 2020-ci ildə 3 milyona yaxın daxili turizm səfə­ri təxirə salınıb.