«Azərişığ» a məxsus yarımstansiyadan oğurluq edilib

«Azərişığ» a məxsus yarımstansiyadan oğurluq edilib

“Azərişıq” ASC-yə məxsus yarımstansiyadan oğurluq edilib.

Bu barədə "BusinessTime"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus yarımstansiyadan 12 ədəd elektrik boşaldıcısı, 200 metr naqil və mühafizə paneli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.