“Azərpoçt”a yeni sözçü təyin edilib

“Azərpoçt”a yeni sözçü təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

BusinessTime-ın Report-a istinadən verdiyi məlumata görə, bu vəzifə Afaq İbrahimovaya həvalə edilib.

O, bundan əvvəl "Veysəloğlu" MMC-də və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bölməsində (“UNDP Azerbaijan”) çalışıb.