"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib
"Bakı Metropoliteni" QSC rəqəmsal həllərin tətbiqi xidmətinin satın alınması üçün tender elan edib.
Valyuta.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 5 milyon 237 min 738,73 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini avqustun 14-dək təqdim etməlidirlər.
Qeyd edək ki, bu, "Bakı Metropoliteni"nin bu ilin ilk yarısında elan etdiyi 12-ci tenderdir.


