Bakıda "AVTO ELEMENT" mağazasının açılışı oldu
Bakıda Babək prospektində "AVTO ELEMENT" mağazasının təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində tanınmış ictimaiyyət nümayəndələri, avto bloqerlər, sahibkarlar o cümlədən media nümayəndələri iştirak ediblər.
Açılış mərasimində qırmızı lent kəsildikdən sonra mağazanın direktoru Ravil Əhmədov məlumat verib ki, mağaza Avropa və Asiyanın qabaqcıl ölkələrindən o cümlədən Alman-Yapon-Koreya-Amerika avtomobillərinin ehtiyat hissələrinin satışını həyata keçirir. "AVTO ELEMENT" mağazasənın başlıca məqsədi alıcılara daim sərfəli qiymətlərlə original məhsul təqdim etməkdən ibarətdir.
Ravil Əhmədov bildirib ki, satışda olan ehtiyyat hissələri və müxtəlif mallar dünya brendlərinin Azərbaycandakı rəsmi düstribitorlarından əldə edilir və məhsullara tam zəmanət verilir. Açılışla bağlı müştərilərə ehtiyyat hissələri, yağ və mayelər, akkumulyator endirimli qiymətlərlə təklif edilir.
Ravil Əhmədov həmçinin qeyd edib ki, "AVTO ELEMENT" avtomobiliniz üçün orijinal ehtiyat hissələrini təklif edən müasir mərkəzidir Korporativ müştərilər üçün də əlverişli şərtlər və təkliflər mövcuddur. Ehtiyat hisseleri satisi mərkəzimizdə nağd və kredit kartı ilə ödənişlər mövcuddur.