GAC və Huawei-dən Aistaland GX7: Çarpayı, kinoteatr, iki və ya üçmühərrikli tam ötürmə
"Aistaland" markası özünün ikinci modeli olan "GX7" hibrid krossoveri üçün sifarişlərin qəbuluna başlayıb. Zəngin baza təchizatına malik olan beşqapılı model üçün əlavə ödəniş qarşılığında bir neçə maraqlı texnoloji həll də təklif olunur.
Bu il fəaliyyətə başlayan "Aistaland" (Çin dilində "Qijing") brendi "GAC" və "Huawei" şirkətlərinin birgə layihəsidir. IT nəhənginin digər tərəfdaşlıqlarından fərqli olaraq, bu marka "HIMA" alyansına daxil deyil. Brendin ilk modeli yazda satışa çıxarılan "GT7" elektrik universalı olmuşdu. İyun ayında ikinci model olan "GX7" hibrid krossoveri anons edilmiş, avqustda isə onun salonunun diqqətçəkən xüsusiyyətləri açıqlanmışdı. Artıq Çində avtomobilin tammiqyaslı təqdimatı baş tutub, komplektasiyaları, ilkin qiymətləri elan olunub və rəsmi sifarişlərin qəbuluna start verilib.


