“Baku Steel Company” ili 61 milyon manatlıq zərərlə yekunlaşdırıb

“Baku Steel Company” ili 61 milyon manatlıq zərərlə yekunlaşdırıb

2020-ci ili “Baku Steel Company” MMC-nin 60,95 milyon manat yığılmış zərərlə başa vurub.
BusinessTime xəbər verir ki, 2021-ci il yanvarın 1-nə “Baku Steel Company”nin aktivləri 183,526 mln manat olub.
Hesabat dövründə şirkətin öhdəlikləri 206,498 milyon manat, nizamnamə kapitalı isə 36 mln manat olub. Qeyd edək ki, “Baku Steel Company”nin təsisçi payının 75%-i “Politon” MMC-yə, 25%-i isə Əli Kərimova məxsusdur.
“Politon” MMC-nin qanuni təmsilçisi İman Nəsirulla oğlu Quliyev həm də "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin (REAL TV) təsisçisidir.
“Baku Steel Company” “Baku Oxygen Company” ASC-nin səhmlərinin hamına , “Azertekrargarametal” ASC-nin səhmlərinin 98,8%-nə, “Bakelektroqaynaq” ASC-nin səhmlərinin 97,9%-nə, “Baku Steel Construction” ASC-nin səhmlərinin 80%-nə, “Bakı Elektro Ştamp” ASC-nin səhmlərinin 80%-nə, “Xəzərboru” ASC-nin səhmlərinin 95%-nə, “Azerboru” ASC-nin səhmlərinin 97,4%-nə, “Memar” şirkətinin təsis paylarının isə hamısına nəzarət edir.