Beynəlxalq konsaltinq şirkəti arasında memorandum imzalanıb

Beynəlxalq konsaltinq şirkəti arasında memorandum imzalanıb
"İnnovasiyalar Mərkəzi" ilə "Simon-Kucher" beynəlxalq konsaltinq şirkəti arasında memorandum imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə "Simon-Kucher" beynəlxalq konsaltinq şirkəti arasında memorandum imzalanıb.
Memorandumun məqsədi iki qurum arasında əməkdaşlıq və "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən innovativ layihələrin dayanıqlı inkişafına dəstək vermək məqsədilə bazar araşdırmaları və strateji inkişaf planlarının hazırlanması istiqamətlərində birgə fəaliyyətin həyata keçirilməsidir.
Qeyd edək ki, 37 illik təcrübə və 2000-dən çox əməkdaşa sahib olan "Simon-Kucher" şirkəti 30-dan çox ölkədə uğurla fəaliyyət göstərir. O, ölçülə bilən gəlir mexanizmləri, böyümə həlləri təklif edir.
"İnnovasiyalar Mərkəzi" tərəfindən yeni ideyalar bazasının formalaşdırılması, vətəndaşların maraqlarına uyğun xidmətlərin göstərilməsi, innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial layihələr reallaşdırılır. Mərkəz startap ekosisteminin, biznes mühitinin innovativ inkişafı, kadr potensialının gücləndirilməsi üçün həllər yaradılması istiqamətində fəaliyyət göstərir.