Bir sıra dövlətlərin liderləri Azərbaycan Prezidentini təbrik edib

Bir sıra dövlətlərin liderləri Azərbaycan Prezidentini təbrik edib

Bir sıra dövlətlərin liderləri Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

BusinessTime bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, təbrik məktubu göndərənlər arasında Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva, Niderland Kralı Villem-Aleksandr, Hindistan Respublikasının Prezidenti Draupadi Murmu, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova, Latviya Respublikasının Prezidenti Egils Levits və Bruney Sultanı Hacı Həssənal Bolkiahın da adı var.

Onlar öz məktublarında Azərbaycan Prezidentini təbrik ediblər və təmsil etdikləri ölkələrlə Azərbaycan Respublikası arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd ediblər.