“Prime Cotton”la əlaqəli 32 milyon manatlıq şirkət yaradılıb
“Prime Cotton İFT” MMC dövlət qeydiyyatına alınıb.
BusinessTime xəbər verir ki, şirkətin nizamnamə kapitalı 32 083 269 manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vətəndaşı Randall Mark Nicholasdır.
“Prime Coton İFT” MMC Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı “Prime Cotton” MMC ilə eyni ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında qeydiyyatdan keçib.


