Tibb müəssisələrinə avadanlıqlar alınacaq - 5,6 milyon manatlıq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tibb müəssisələri üçün radioloji müayinə və tibbi görüntüləmə avadanlıqları alacaq.
BusinessTime xəbər verir ki, işin icrasına 5 milyon 577 min 691 manat xərclənməsi nəzərdə tutulur.
İşlər çərçivəsində rəqəmsal C-arm skopiya (C-qolu), kompüter tomoqrafiyası (KT) üçün injektor pompası, stasionar rentgen aparatı, rentgen film printeri və detektorla birlikdə portativ rentgen avadanlığının alınması planlaşdırılır.


