Buick Electra L7 tam elektrik versiyasına qovuşub
Buick Electra L7 sedanı artıq yalnız hibrid deyil, həm də tam elektrik versiyada təqdim olunur.
Elektrikli model arxa oxda yerləşən tək elektrik mühərriki ilə təchiz edilib. Avtomobil üçün yalnız bir batareya variantı nəzərdə tutulub.
Qeyd edək ki, Electra 2025-ci ildən etibarən Çin bazarı üçün yaradılmış Buick-in ayrıca elektromobil alt brendidir.
Bu ailəyə hazırda Electra L7 sedanı, Electra Encasa miniveni və Electra E7 krossoveri daxildir.


