Bölgələrdə rəqəmsal savadlılıq təlimləri keçirilir

Bölgələrdə rəqəmsal savadlılıq təlimləri keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün təlimləri davam etdirir.

Növbəti təlimlər sentyabrın 12-i saat 15:00-da Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdam rayon qəbul şöbəsində, sentyabrın 13-ü saat 12:00-da isə DSMF-nin Ağcabədi rayon qəbul şöbəsində keçiriləcək.

Təlimlərdə yerli sakinlərə Nazirlik üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək, sualları cavablandırılacaq.

Təlimlərdən sonra hə iki qəbul şöbəsində vətəndaşlar üçün yardım masaları təşkil olunacaq və e-xidmətlərlə bağlı sualları olan vətəndaşlara rəqəmsal dəstək göstəriləcək.

Bu tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasıdır.

Xatırladaq ki, indiyədək DOST RİM tərəfindən Bərdə, Füzuli, Göygöl, Daşkəsən, Goranboy, Balakən, Zaqatala və Beyləqan rayonlarında belə təlimlər keçirilib.