Bu il azad edilmiş ərazilərin bərpasına 1 milyard manatdan çox xərc çəkilib

Bu il azad edilmiş ərazilərin bərpasına 1 milyard manatdan çox xərc çəkilib

Bu ilin yanvar-mart aylarında Azərbaycan hökuməti azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərinə 1 067 milyon manatı istifadə edib.

Businesstime xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına dair hesabatda qeyd edilib.

Hesabata görə, bu 2023-cü ildə eyni məqsəd üçün ayrılmış 3 milyard manatlıq vəsaitin 35,5 %-ni təşkil edir.

Məlumatda deyilir ki, istifadə edilmiş vəsaitin 1 042,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi məqsədilə  Avtomobil yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Meliorasiya və Su Təsərüffatı” ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşür.

2023-cü ilin yanvar-mart aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 2 650,4 milyon manatı yaxud 10,2 %-i və ya 269,2 milyon manatı xərclənib.

Yazar