Bu ölkələrə “Made in Azerbaijan” brendi ilə məhsullar göndərilib

Bu ölkələrə “Made in Azerbaijan” brendi ilə məhsullar göndərilib

İqtisadi Zonaların İnkişafı Agentliyi fəaliyyəti dövründə idarəçiliyindəki sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verib.

Bu barədə AZƏRTAC-a açıqlamasında agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

“Bu rezidentlər tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Agentliyin ikiillik fəaliyyəti dövründə idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən təxminən 5,2 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 1,9 milyard manat dəyərində olan hissəsi ixrac edilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı “Made in Azerbaijan” brendi ilə dünyanın bir çox ölkəsinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s. ölkələr) satılıb”, - deyə E.Nuriyev qeyd edib.