Cavid Paşayev konfransın əhəmiyyətindən danışdı

Cavid Paşayev konfransın əhəmiyyətindən danışdı

“Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans bu gün başa çatıb.

Konfransın əhəmiyyəti ilə bağlı açıqlama verən tanınmış anestezioloq, “Yeni klinika” tibb müəssisəsinin baş həkimi Cavid Paşayev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən bu tədbir elmi və praktiki hissələrdən ibarət olub. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyədən bu sahədə tanınmış mütəxəssislər o cümlədən Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyindən nümayəndə heyəti də iştirak edib. 

Tədbirdə 10 stansiyadan ibarət qruplar şəkilində praktiki işlər aparılıb. Burada tibbin ən son yenilikləri baradə məlumatlar verilib. Protokolların işlənilməsi ilə bağlı müzakirələr aparılıb. İki gün keçirilən tədbirə maraq çox böyük olub. Düşünürəm ki, bu konfrans yerli mütəxəssislər üçün böyük fürsət oldu. Gələcək illərdə bu kimi konfrnasların əhatəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı Bakıda iki günlük konfrans keçirilib.