“Dekabank”ın əmlak hərraca çıxarılacaq
![“Dekabank”ın əmlak hərraca çıxarılacaq](https://azertag.az/files/2023/1/1200x630/1678699148526504940_1200x630.jpg)
Martın 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dekabank” Kommersiya Bankı ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan bildirilib ki, daşınmaz əmlak, Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 64 ünvanında yerləşən (ü/s 50,40 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 80 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası).