Dövlətə borcu olan şirkət nazirliyin tenderini uddu
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi xidməti tender elan edib.
Plat.az xəbər verir ki, tender çərçivəsində xidməti minik avtomobillərinin, su nasoslarının və elektrikli əl alətlərinin (laqunda və mişar) təmiri və texniki qulluğu, həmçinin açar dəstlərinin satın alınması nəzərdə tutulub.
Qalib “SK SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 471 min 207 manat təşkil edir.
Diqqət çəkən məqam budur ki, nazirliyin sövdələşdiyi şirkətin hazırda 2 min manata yaxın vergi borcu var. “SK SERVİS” MMC-nin qanuni təmsilçisi isə Saleh Ariflidir.
Xatırladaq ki, qanunvericiliyə görə, vergi borcu olan şirkətin dövlət satınalmalarında iştirak hüququ yoxdur.


