Əzəli torpaqlarımıza qovuşmaq olduqca qürurverici hissdir

Əzəli torpaqlarımıza qovuşmaq olduqca qürurverici hissdir
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər edib.

Təşkilatımız Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət edib.

Təşkilat üzvləri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bagirova bildirib ki, Şuşa şəhərində olmaq onlara unudulmaz təəssürat bağışlayır: Bir neçə il əvvəl bizə desəydilər ki, doğma torpaqlarımızı bu qədər qısa müddətdə işğaldan azad edəcəyik, bəlkə də inanmazdıq. Amma əmin idik ki, mənfur düşməni torpaqlarımızdan gec-tez qovacağıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, ordumuzun qəhrəmanlığı və peşəkarlığı sayəsində artıq dədə-baba torpaqlarımıza qayıtmışıq.

A. Bağırova yaşadığı hissləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyib: Otuz ilə yaxın davam edən işğaldan sonra əzəli torpaqlarımıza qovuşmaq olduqca qürurverici hissdir. Ən önəmlisi odur ki, biz doğma Qarabağımıza qalib xalqın nümayəndələri, kimi qayıtmışıq.

BusinessTime