FED faizləri artırıb

FED faizləri artırıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 bənd artırıb.

BusinessTime qurumun hesabatına istinadən xəbər verir ki, bununla da bank tarixindəki ən sərt sərtləşmə siyasətinə ara vermiş olur.

Bankın qərarı ilə uçot dərəcəsi 25 faiz bəndi artaraq 5 - 5,25% aralığına çatıb.

Bundan əlavə bəyanatın mətnindən gələcəkdə uçot dərəcəsinin daha da artırılmasına işarə edən bənd çıxarılıb. Bu, 2022-ci ilin martından bəri 10-cu faiz artımıdır. Qərar yekdilliklə qəbul edilib. Bazarlarda 25 baz bəndlik faiz artımı gözlənilirdi. Beləliklə, faiz dərəcələri 2007-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə qalxıb.