Fiziki şəxslərin müddətli əmanətlərinin həcmi açıqlanıb
Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2,1 faiz və ya 235,3 milyon manat artıb, tələbli əmanətləri isə 1,3 faiz və ya 81,3 milyon manat azalıb.
BusinessTime Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 70,4 faizi (12,264 milyon manat) milli valyutada, 29,6 faizi (5,162.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64,4 faizi (11,215.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
May ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3,1 faiz (6,492 əmanətçi), ilin əvvəlindən isə 11,3 faiz (21,990 əmanətçi) artıb.


