Hakan Fidan Azərbaycana gəlir

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Səfər 15-16 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, türkiyəli nazir Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla, eləcə də müdafiə naziri Zakir Həsənovla görüş keçirəcək.

Bununla yanaşı, Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də gözlənilir.