Qiymətli və insanlığa xidmət edən ömür

Qiymətli və insanlığa xidmət edən ömür

Ömür sürətlə ötüb keçir, illər bir-birini əvəz edir. Hiss olunmadan dəyişən zaman həyatımızda əməllərimizlə dərin izlər qoyur. Ömrü şərəfləndirən də məhz bu əməllərdir. Nə xoş o insanın halına ki, əməlləri ilə tükənməz sevgi və böyük hörmət qazansın.

Bu gün ölkə ictimaiyyətində dərin, hörmət və ehtiramını qazanmış Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov doğum günüdür.

İlham Süleymanov 10 iyul 1986-cı ildə anadan olub. 2004-cü ildə 15 nömrəli məktəbi biirib. 2004-2008-ci illərdə BDU-da təhsil alıb. Həmçinin BDU-nun magistr dərəcəsi alıb. 

2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. 2018-ci ildən isə Kənd Təsərrüfatı Nazirliyində çalışır.

22 iyun 2022-ci tarixdə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə  İlham Süleymanov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan İlham Süleymanov pozitiv enerjiyə malikdir. O ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyəti, tələbkarlığı, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir. Yaxından tanıyanlar İlham Süleymanova böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. 

İlham Süleymanovu doğum günü münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

BusinessTime