İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin olunub.

BusinessTime xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının digər Sərəncamı ilə Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.