“Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb

“Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb

Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkət  ASC bu ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.

Cari ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 63,6 milyon manat, xərcləri 62,3 milyon manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 9,7 milyon manat (18%), xərclər 9,7 milyon manat (18,4%) artıb.

Gəlirlərin – 69,1 milyon manatı əsas əməliyyat gəlirlərinin, 2,2 milyon manatı investisiya gəlirlərinin, 1,4 milyon manatı digər gəlirlərin payına düşüb. Xalis sığorta ehtiyatlarının dəyişməsinə 9 milyon manat sərf edilib.

Xərclərin böyük hissəsi – 43 milyon manatı əməliyyat xərclərinin, 19 milyon manatı işlərin aparılması xərclərinin, 328,1 min manatı digər xərclərin hesabına formalaşıb.

Hesabat dövründə “Atəşgah” Sığorta Şirkət ASC 1 milyon 362 min manat maliyyə mənfəətindən 272,4 min manat mənfəət vergisi ödəyib. Yekunda şirkət hesabat dövrünü 1 milyon 89,4 min manat xalis mənfəətlə bağlayıb.

Bu ilin üçüncü rübünün sonunda “Atəşgah” Sığorta Şirkət ASC-nin aktivlərinin həcmi 80,7 milyon manat olub. Bu, ötən ilin sonundan bəri 14,8 milyon manat (22,5%) çoxdur.

Aktivlərin – 3,8 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 55 milyon manatı investisiya aktivlərinin, 8,7 milyon manatı debitor borclarının, 7,1 milyon manatı sığorta ehtiyatlarında təkrarsığortaçıların payına düşüb. Torpaq, tikilivə avadanlıqlardakı aktivlər 4,5 milyon manata bərabər olub. Son 9 ayda şirkətin pul vəsaitləri 2,8 milyon manat (3,8 dəfə), investisiya aktivləri 9 milyon manat (19,6%) artıb.

Bəhs olunan dövrün sonunda şirkətin öhdəlikləri 62,5 milyon manat təşkil edib. Bu, son 9 ayda 13,9 milyon manat, yaxud da 28,7% daha çoxdur. Öhdəliklərin 58,5 milyon manatını sığorta ehtiyatları, 2,3 milyon manatını kreditor borcları, 1,7 milyon manatını digər öhdəliklər tutub.

Nəticə olaraq, 2026-cı ilin üçüncü rübünün sonunda “Atəşgah” Sığorta Şirkət  ASC-nin cəmi kapitalı 18,2 milyon manata bərabər olub. Bu, ilin əvvəlindən bəri 0,9 milyon manat (5%) daha çoxdur. Kapitalın 5 milyon 8 min manatı nizamnamə kapitalının 6,6 milyon manatı kapital ehtiyatlarının, 6,5 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.