Toyota Bakı Mərkəzində dünya şöhrətli sumo çempionu ilə görüş keçirilib - FOTOLAR
Bu gün Toyota Bakı Mərkəzində sumo idmanının dünyaca məşhur çempionu Hakuho Şo ilə görüş təşkil olunub.
Görüş zamanı yaponiyalı idmançı sumo idman növü üzrə zəngin təcrübəsini iştirakçılarla bölüşüb, bu qədim yapon idmanının tarixi, ənənələri və özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində sumo idmanına aid müxtəlif fəndlər də nümayiş etdirilib. İştirakçılar həm bu idman növünün texniki elementləri ilə yaxından tanış olmaq, həm də dünya şöhrətli çempionun təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.
Maraqlı təqdimat və nümayişlərlə yadda qalan görüş iştirakçıların böyük marağına səbəb olub.
BusinessTime



