“A-Qroup Sığorta” 1.3 milyon manat mənfəət əldə edib
“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2026-cı ilin 3-cü rübündə xalis mənfəəti 1,27 milyon manat olub.
BusinessTime bu barədə ASC-nin 30 sentyabr 2026-cı il olan maliyyə göstəricilərinə istinadən xəbər verir.
Sığorta şirkətinin ümumi gəlirləri 697 min manat yüksələrək 16,80 milyon manat həcmində olub. Əsas əməliyyat gəlirləri 11,74 milyon manata çatıb. İnvestisiya portfelindən əldə olunan gəlirlər 263,9 min manat artaraq 950,1 min manata yüksəlib.
Şirkətin ümumi xərclərində 1,09 milyon manatlıq artım baş verib və 15,53 milyon manat təşkil edib.
“A-Qroup Sığorta” tərəfindən toplanan ümumi sığorta haqları 17 min manat artaraq 11,18 milyon manat səviyyəsində olub. Şirkətin etdiyi sığorta ödənişləri 1,35 milyon manat artaraq 9,71 milyon manat təşkil edib.
Sığorta şirkətinin ümumi aktivləri artaraq 25,58 milyon manat olub (2025: 25,42 milyon manat). Ümumi investisiya portfeli 1,23 milyon manat böyüyərək 19,73 milyon manata çatıb. İstiqraz portfeli 1,28 milyon manat kiçilərək 6,90 milyon manata enib.


