İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək
Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da Daşkənddə İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə deyib.
Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək”.