İTV Lider TV-nin avadanlıqlarını satın alıb

İTV Lider TV-nin avadanlıqlarını satın alıb

İctimai Televiziya və Radio Yayımlari Şirkəti (İTV) ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan" MMC-nin avadanlıqlarını alıb.

Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.

Məlumata görə, İTV ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan" MMC-nin satış üçün nəzərdə tutulan əsas vəsaitlərin, aktivlərin və studiyanın satın alınmasına dair müsabiqəyə yekun vurub.

Tenderin qalibi "Lider TV və Radio Azərbaycan"dır. Qalib şirkətə 838,6 min manat ödəniləcək.

BusinessTime