Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Son 10 ildə Azərbaycanda kosmik sahəyə böyük yatırımlar olunub. Hesab edirəm ki, bu, çox faydalıdır. Bu, qayıdışı olan sərmayə və gələcəkdə dayanıqlı inkişafa olan yatırımdır.

Bu sözləri "SPACE 2030: QLOBAL Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

“Biz yerli sənayeyə dəstək məqsədilə də yatırımlar edirik, bir çox ideyalara dəstək göstəririk. Mən inanıram ki, kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır. Xüsusilə bu sahədə universitetlərə və təhsil ocaqlarına göstərilən dəstək gələcəkdə öz faydasını verəcək. Biz bir sıra kosmik layihələri həyata keçirməyi planlaşdırırıq, xüsusilə Ay səthinin araşdırılması və digər mövzularda gənclərin təcrübələrini artırmaq istiqamətində bir sıra işlər aparılacaq", - deyə S.Əsədov vurğulayıb.