Lizinq şirkəti “Partner Finance”ın gəlirləri azalıb

Lizinq şirkəti “Partner Finance”ın gəlirləri azalıb

2025-ci ilin yekununda “Partner Finance” QSC-nin xalis mənfəəti 2024-cü illə müqayisədə 3% artaraq 962 921 manat təşkil edib. Şirkət əvvəlki ili 935 016 manat xalis mənfəətlə başa vurmuşdur.

Banker.az bu barədə 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “Partner Finance” QSC-nin cəmi gəlirləri 6% azalaraq 2 milyon 446 min manatdan 2 milyon 294 min manata düşüb. Şirkətin faiz xərcləri 21% azalıb. Bu xərc bəndi 871 548 manatdan 690  379 manata enib.

2025-ci il dekabrın 31-nə şirkətin cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 10.05% azalaraq 13 milyon 803 min manatdan 12 milyon 416 min manata düşüb.

Xatırladaq ki, “Partner Finance” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 152 min manatdır.