Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 767,9 milyon dollar təşkil edib.

BusinessTime AMB-yə istinadla xəbər verir ki, bu rəqəm ötən ayın eyni dövrü ilə müqayisədə 610,3 milyon dollar çoxdur.