“Milla”nın nizamnamə kapitalı 13 milyon manat artırılıb
Azərbaycanda süd məhsulları istehsalçısı “Milla Dairy” MMC-nin nizamnamə kapitalı artırılıb.
Şirkətin nizamnamə kapitalı 270.45 mln. manatdan 283.5 milyon manata çatdırılıb.
Beləliklə, şirkətin nizamnamə kapitalı 13 milyon manat və ya 4,8% artırılıb.
Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “Milla Dairy” MMC (“AZ FP CO. LTD” MMC) 2006-cı ildə yaradılıb. Şirkət 2023-cü ildə adını “Milla Dairy” MMC kimi dəyişib. (banker.az)


