ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun fəaliyyəti çərçivəsində sentyabrın 20-də “Bakı KOB evi”ndə tədbir təşkil olunacaq. 

Tədbirdə ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək, platformanın yaradılmasından irəli gələn məsələlər müzakirə ediləcək, ESG üzrə beynəlxalq ekspertlərin təklif və tövsiyələri dinləniləcək. Həmçinin, alt-qrupun üzvləri ilə birgə konsepsiyanın layihə icra formatı üzrə fikir mübadiləsi aparılacaq.

İclasda altqrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və beynəlxalq özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəklər.