Milyarderlər ən çox bu şəhərlərdə yaşayırlar - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə yaşayırlar

"Forbes" jurnalı bu il üçün milyarderlərin sayına görə lider olan şəhərlərin siyahısını açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, reytinq nəşrin rəsmi saytında dərc olunub.

Məlumata görə, Nyu-York siyahıda birinci yerdədir. Ümumilikdə şəhərdə 123 milyarder var və son bir ildə onların sayı 13 nəfər artıb. Nyu-York şəhərinin keçmiş meri, iş adamı və xeyriyyəçi Maykl Blumberq 105 milyard dollar sərvəti ilə şəhərin ən zəngin sakinidir.

Moskva milyarderlərin sayına görə dünyada ikinci yerə yüksəlib. Hazırda Rusiya paytaxtında 90 milyarder yaşayır. İl ərzində onların sayı 16 nəfər artıb. Ümumi sərvət 409 milyard dollar qiymətləndirilir. Rusiyalı iş adamları arasında lider “Lukoyl”un təsisçisi Vahid Ələkbərov olaraq qalır, onun sərvəti bir il ərzində 28,7 milyard dollara çatıb.

İlk üçlüyü 72 milyarderlə Honq Konq tamamlayır. Belə ki, şəhərdə milyarderlərin sayı il ərzində iki nəfər azalıb. Qeyd olunub ki, Honq-Konq 2024-cü ildə Moskva ilə eyni yeri bölüşərək ikinci yeri tutub.

Bundan əlavə, London dördüncü, Pekin beşinci, Mumbay altıncı və Sinqapur yeddinci, Şanxay və San Fransisko səkkizinci, Los Anceles isə onuncu yerdədir.