Narkoloji arayışı “ASAN xidmət” verəcək
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) səlahiyyətləri artırılır.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışı “ASAN xidmət” verəcək.
Qeyd edək ki, Səhiyyə Nazirliyi göstərilən xidmətin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin edəcək.


