Naxçıvan Nazirlər Kabineti 237 min manata 3 xidməti avtomobil alır
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti xidməti minik avtomobillərinin satın alınmasına hazırlaşır.
Qurum bununla bağlı müvafiq satınalma işlərinə başlayıb.
Məlumata əsasən, Nazirlər Kabineti üçün 3 ədəd xidməti minik avtomobilinin alınması nəzərdə tutulur. Bu məqsədlə 237,4 min manat vəsait ayrılması planlaşdırılır. Beləliklə, bir avtomobil üçün nəzərdə tutulan məbləğ orta hesabla 79,1 min manat təşkil edir.
Satın alınacaq avtomobillər 2026-cı il və ya daha yeni buraxılışlı, yürüşü 0 kilometr və qara rəngli olmalıdır. Avtomobillərin sedan ban tipində, benzin-hibrid mühərrikli olması tələb edilir.
Texniki şərtlərə əsasən, mühərrikin həcmi 2,5–3,0 litr, gücü isə ən azı 200 at gücü olmalıdır. Avtomobillər avtomat sürətlər qutusu və ön ötürücü sistemlə təchiz edilməlidir. (İqtisadiyyat.az)


