“Naxtel”in rəhbəri dəyişib

“Naxtel”in rəhbəri dəyişib

Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən mobil operator “Naxtel” MMC-nin rəhbəri dəyişib.

BusinessTime-ın əldə etdiyi məlumata görə, şirkətin qanuni təmsilçisi Kamil Yusifov vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifəyə Rəşad Namazov gətirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 30-da Naxçıvanda qeydiyyata alınmış "Araztech" MMC bu il mayın əvvəlində “Naxtel”ə qoşulub. R.Namazov "Araztech"in qanuni nümayəndəsi olub. Birləşmə nəticəsində adıçəkilən şirkətlərin nizamnamə kapitalları da birləşib və nəticədə “Naxtel”in nizamnamə kapitalı 10 manat artaraq 1010 manat olub.