Neftçalada bayram tədbirləri davam edir

Neftçalada bayram tədbirləri davam edir
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Novruz bayramı təntənə ilə qeyd olunur və silsilə tədbirlər keçirilir. Neftçala RİH-nin dəstəyi və Neftçala rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonu ərazisində yerləşən bağçalarda Novruz bayramı tədbirləri qeyd olunub.

Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Rayon Təhsil şöbəsinin məsul şəxsləri və müəllimlər iştirak edib.

Tədbirlədə Novruz bayramı adət-ənənələri, səhnəciklər göstərilib, bağça uşaqları və körpələr təbrik olunub, bayram əhval- ruhiyyəsi yaradılıb.

BusinessTime