Neftçalada Soyqırım qurbanlarının xatirəsi anılıb

Neftçalada Soyqırım qurbanlarının xatirəsi anılıb
Neftçala rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı günün 104-cü il dönümü yad olunub.
Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
İlk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Şəhidlər Abidə Kompleksi, 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksini və bu gün doğum günü olan şəhid İbrahim Mənəfovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

BusinessTime